VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ilin 28-30 sentyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində keçiriləcək UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak edəcək.

Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Mondiacult 2022" UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəfləyir. Sözügedən konfransda 160-a yaxın ölkənin mədəniyyət nazirləri daxil olmaqla, 1500-dən çox qonağın iştirakı nəzərdə tutulur.

Səfər çərçivəsində nazir A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

BAKU.WS