SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Stalin haqqında Azərbaycanla bağlı maraqlı faktlar ortaya çıxıb.


BAKU.WS həmin məlumatı sizə təqdim edir.


Oktyabr inqilabından əvvəl İosif Vissariyonoviç Stalin, 1908-ci ilin mart ayında həbs olunmuş və Bakıdakı məşhur Bayıl həbsxanasına salınmışdı.


Həbsxanada keçirdiyi günlərdə Stalin çöldəki yoldaşları ilə məktub vasitəsi ilə əlaqə qurmağa çalışırdı. Yoldaşları onunla məktubları daşlara bağlayıb Stalinin qaldığı həbsxana kamerasının pəncərəsindən ataraq və eyni şəkildə cavab alaraq ünsiyyət qururdular. Onlar bunu gizlin şəkildə, parol vasitəsi ilə edirdilər. Bu parolu eşidincə daşla məktubun gələcəyini bilirdilər. Həm də bu, daşın çıxardığı səsin qarşısını alırdı.


Həmin parol isə Azərbaycanın məşhur xalq mahnısı "Pəncərədən daş gəlir” idi. Nə vaxt bir-birlərinə məktub göndərirdilərsə bu mahnını oxuyurdular.


İllər sonra 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyət Günləri təşkil edilir. Bu ərəfədə bəstəkar Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi qrup, "Bolşoy Teatr”da konsertlə çıxış etmək üçün təklif alır. Stalin, konsertdən bir gün əvvəl məşqlərini izləyir və Hacıbəyovdan konsert üçün dəvət alır. Komunist lider Üzeyr Hacıbəyova, illərdir unutmadığı "Pəncərədən Daş Gəlir" xalq mahnısını ifa edəcəkləri təqdirdə gələcəyini deyir.


Qrup gənclərdən ibarət olduğu üçün mahnını əzbər bilmirlər. Üzeyr Hacıbəyov bütün səyi ilə çalışaraq mahnını qrupa öyrətməyə nail ola bilir.


"Bolşoy Teatr”da baş tutan konsertin sonunda Stalin, Hacıbəyov və azərbaycanlı musiqiçiləri ayağa qalxaraq alqışlayır. Daha sonra, Üzeyr bəyə tez-tez konsertlə çıxış etmələrini bildirir.


"Bolşoy Teatr”da Hacıbəyovun "Koroğlu" operası üç dəfə nümayiş etdirilir. Həmin konsetlərin ikisində Stalin də iştirak edib.


Mədəniyyət Günlərinin sonunda Üzeyir Hacıbəyovun şərəfinə böyük qonaqlıq təşkil olunur. Bəstəkarla yanaşı oturan Stalin onun haqqında tərif dolu sözlər deyir, qədəhini onun sağlığına qaldırır.

 

Stalin, Hacıbəyovun operalarını əzbərdən bilirdi. Komunist lider Hacıbeyovdan Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Avropaya gedən və illərdir Parisdə Sovet əleyhinə  fəaliyyət göstərən qardaşı Ceyhun Hacıbəyovun da SSRİ-yə gəlməsini xahiş edir. Ona ev və iş verəcəyini söz verir. Sovet liderinin bu hərəkəti bəstəkara olan heyranlığından və hörmətindən irəli gəlirdi.


Hacıbəyov, 1938-ci ildə birbaşa Kommunist Partiyası üzvlüyünə qəbul edilir. Bəstəkar Stalinin göstərişi ilə, SSRİ Xalq artisti adına layiq görülür. Lenin nişanına və Stalin mükafatı ilə təltif olunduqdan sonra SSRİ Ali Şurasının üzvü olur.


II Dünya Müharibəsində bəstəkar, Sovet ordusuna tank istehsalı üçün 25 min rubl pul bağışlayıb.

 

Ayşən Ayxan

BAKU.WS

 

Stalinin Bakı həbsxanasındakı qeydiyyat vərəqəsi