SİZİN REKLAM BURADA!
055 213 76 73


"Üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

"Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür", - Müdafiə Nazirliyi vurğulayıb.

BAKU.WS