VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” ölkə prezidentinin 16 iyul 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirməlidir.

BAKU.WS