SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentlərini tapıblar.

BAKU.WS "caliber.az"a istinadən xəbər verir ki, bu faktı Ermənistan Müdafiə Nazirliyinin saxtakarlarından biri üzə çıxarıb.

Hələ 44 günlük müharibənin ilk günlərində nazirlikdən bildirilib ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub.

Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmayıb.

Azərbaycan hərbçilərinin bu yaxınlarda aşkar etdikləri tapıntılar hadisəyə aydınlıq gətirib. Azərbaycanlı mütəxəssislər üçün ekspertiza aparmaq və Su-25-in düşməsinin əsl səbəbini müəyyən etmək çətin olmayacaq.

BAKU.WS
QALEREYA