VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik".

BAKU.WS xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə deyib.

Şavkat Mirziyoyev bildirib:

"Humanitar məsələlərdə mütəmadi olaraq qarşılıqlı Mədəniyyət və Kino Günləri keçirmək, ali məktəblər, elmi müəssisələr, idman və gənclər təşkilatları arasında mübadilələri və əlaqələri genişləndirmək lazımdır. İşgüzar və humanitar əlaqələrin möhkəmlənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Azərbaycan Prezidentinin turizm üzrə ayrıca proqram qəbul edilməsinə xüsusi diqqətinə, bu təklifi dəstəkləməsinə görə ona minnətdaram. Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik. Biz çox zəngin mədəni irs abidələrimizin bərpası və qorunub saxlanması sahəsində sıx qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirməyə hazırıq".

BAKU.WS