SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfərə gedib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Türkiyə prezidenti səfər zamanı rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşəcək.

İnformasiyaya əsasən, R.T.Ərdoğanı səfər zamanı xarici işlər, iqtisadiyyat, nəqliyyat, müdafiə və kənd təsərrüfatı nazirləri müşaiyət edirlər.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir ki, iki ölkənin liderləri görüşür. 
 
BAKU.WS