VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

G-20 Liderlər sammitinin Türkiyənin hansı bölgəsində keçiriləcəyi məlum olub.


BAKU.WS-in məlumatına görə, 15-16 noyabr tarixləri arasında baş tutacaq sammiti Antaliyanın məşhur otellər bölgəsi olan Belekdə keçiriləcək. Sammit üçün artıq "G-20 Liderlər Zirvəsi Təhlükəsizlik Tədbirləri Əməliyyat Mərkəzi” yaradılıb. 15 iyul tarixindən etibarən Belek bölgəsi polisin nəzarətinə keçib.

Sammitin əsas toplantısının hansı oteldə keçiriləcəyi isə hələlik sirr kimi saxlanılır. Belekdeki 20 otel sammit zamanı xidmət göstərəcək. Məhz buna görə, otellərin bütün personalı təhlükəsizlik orqanları əməkdaşları tərəfindən sorğu-sualdan keçirilib. Bununla yanaşı, Beleyin tamamilə xarici dünyaya qapılarını bağlayacağı və yol təhlükəsizliklərinin artacağı deyilir. 

ABŞ prezidenti Barak Obama oteldə qalmaq əvəzinə təyyarədə gecələyəcəyi iddia olunur. Prezident Obamadan başqa digər yığıncağa qatılması nəzərdə tutulan liderlər bunlardır: Argentina prezidenti Kristina Fernandez de Kirçner, Avstraliya baş naziri Toni Abbott, Braziliya prezidenti Dilma Rouzzef, Kanada baş naziri Stefen Harper, Çin Xalq Respublikası dövlət başçısı Xi Jinpinq, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Hindistan baş naziri Narendra Modi, İndoneziya ptrezidenti Koko Vidodo, İtaliya baş naziri Matteo Renzi, Yaponiya baş naziri Şinzo Abe, Meksika prezidenti Enrike Pena Nieto, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı Kralı Salman, Cənubi Afrika prezidenti Jakob Zuma, Cənubi Koreya prezidenti Park Qeun-hye, İngiltərə baş naziri Devid Kameron, AB Avropa Şurası başçısı Donald Tusk və AB Avropa Komissiyası başçısı Cean-Klaude Yunker.

Bununla yanaşı, sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Malayziya baş naziri Najib Tun Razak, Seneqal prezidenti Maki Sall, Sinqapur baş naziri Li Hsien Loonq və Zimbabve prezidenti Robert Muqabe də qonaq qismində iştirak edəcək. 
 
BAKU.WS