SİZİN REKLAM BURADA!
055 213 76 73


Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib.

BAKU.WS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litvanın prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

BAKU.WS