VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycan "France 2" dövlət telekanalına qarşı iddia irəli sürmək niyyətindədir.
 
BAKU.WS-in məlumatına görə, Fransa dövlət kanalında jurnalist araşdırmasının yayımlanmasından sonra belə bir qərar qəbul edilib. Hazırlanan "araşdırma"da Azərbaycana şər və böhtan xarakterli ifadələr səsləndirilib.
 
Azərbaycan tərəfinin vəkili Prado Olivyesi bildirib ki, 8 sentyabr tarixində "Cash Investigation" proqramında Azərbaycanla bağlı sujet hazırlanıb. Onun sözlərinə görə, jurnalistlər "Eliz Lyus və Loran Rişar bütün yayım boyu Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər. 

Prado Olivyesinin sözlərinə görə, Azərbaycan bu cür şər-böhtanlara daha dözmək niyyətində deyil və əsassız ittihamlar irəli sürənləri məhkəməyə verəcək
 
ŞAHİN Həbibov
BAKU.WS