SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanında ölkədəki hərbi çevriliş cəhdi ilə əlaqədar bəyanat verib.

"Biz bu müqəddəs işə başımızı qoymuşuq. Bu yola kəfənlə çıxmışıq. Mən Marmarisdə idim. Oradan ayrıldıqdan sonra qaldığım yeri bombalayıblar. Siz bizim əsgərimizsiniz. Millətin silahları ilə milləti vururlar. Sizə verilən silahlarla millətimizi nişan alsanız, əvəzini ödəyəcəksiniz. Ordumuz təmizdir, silahlı qüvvələrimizin tərtəmiz adına ləkə gətirilməməlidir”, - Ərdoğan deyib.

 Dövlət başçısı həbslərin başlandığını və bunun davam edəcəyini söyləyib.

"Biz vəzifəmizin başındayıq. Sonuna qədər bu missiyamızı yerinə yetirəcəyik. Sonu yaxşı olacaq”, - Türkiyə prezidenti vurğulayıb.
 
BAKU.WS