SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Fransa prezidenti Ollandın yeni bərbərinin aylıq əmək haqqı ölkəni bir-birinə qatıb. 

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, yeni bərbərin aylıq 10 min avro maaş alması Farnsda ciddi narazılığa səbəb olub. Bu rəqəm inandırıcı görünməsə də, Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Foll məlumatı təsdiq edib. Hətta o, müavilədə bərbərə bir sıra imtiyaz və güzəştlər verildiyini də bəyan edib. 

"Mən vətəndaşların suallarını, uydurmaların yaranmasını başa düşə bilərəm. Lakin saçını hamı kəsdirir, elə deyilmi? Burada isə söhbət məhz ölkə prezidentindən gedir”, - Stefan Le Foll deyib.

Onun sözlərinə görə, prezidentin şəxsi bərbəri ölkə başçısını səfərlərdə müşayiət etmək üçün sahib olduğu salondakı işini tərk etməli olub. Ona görə də onun əmək haqqı belə yüksəkdir. 

Prezidentin bərbərinin maaşı barədə məlumat sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Bir çox şərhlərdə Fransa prezidenti müxtəlif saç düzümü və XVIII əsrsayağı pariklərdə təsvir olunur.
 
BAKU.WS