SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq rəhbəri Elman Mehdiyevin yeni iş yeri məlum olub.
 
 
BAKU.WS xəbər verir ki, E. Mehdiyev yeni tədris ilindən Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim kimi çalışacaq. 

Xatırladaq ki, ötən gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müvafiq əmrinə əsasən, Zakir Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib.
 
Elman Mehdiyevin isə öz xahişi ilə işdən ayrıldığı bildirilir. 

BAKU.WS