SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Urxan Şirinov işdən azad edilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, sərəncama götürülüb.

Urxan Şirinov DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun qardaşı oğludur. N.Şirinov isə Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qaynıdır.

BAKU.WS