VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır: "Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

BAKU.WS