VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

"Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik", - Nazirlik qeyd edib.

BAKU.WS