VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri  Artaşes Qeqamyanın aprel hadisələri ilə bağlı komitənin qəbul edəcəyi qətnaməyə təklif etdiyi düzəliş qəbul edilməyib.

ANS PRESS-in məlumatına görə, A. Qeqamyan aprel döyüşlərində təmas xəttində Azərbaycan Silahlı Qüvvələrin daxilində İŞİD üzvləri döyüşdüyünü və və onların erməni əsgərlərinin başını kəsdiyini iddia edib.

Komitədə məruzəçi olan İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Sederfelt tərəfindən təklif qəti olaraq rədd edilib və düzəliş komitə iclasında qəbul olunmayıb. 
 
BAKU.WS