VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiya prezidenti Vladimir Putin Türkiyə barəsində məhdudiyyətlərin ləğvi haqqında fərmanı imzalayıb.
 
BAKU.WS xəbər verir ki, fərmana əsasən Türkiyə ilə ticari əlaqələrə qoyulan qadağalar aradan götürülür. 
 
Qeyd edək ki, ötən il Türkiyə sərhədini pozan Rusiya qırıcısının vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşmiş, Putin Türkiyə iqtisadi əlaqələrin dayandırılması haqqında göstəriş vermişdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin vasitəçiliyi ilə Türkiyə və Rusiya arasındakı münasibətlərdəki soyuqluq aradan qaldırılıb.
 
BAKU.WS