SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.

BAKU.WS xəbər verir ki, müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verdi.

Bildirildi ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib.

Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Sonra dövlətimizin başçısı hərbiçilərlə görüşdü.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbiçilərin bir qrupuna mənzillərin ordenlərini təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.
 
BAKU.WS