VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.

BAKU.WS xəbər verir ki, bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.

General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.

Hazırda vəzifə başında olan general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:

  1. Zakir Həsənov - Müdafiə naziri
  2. Vilayət Eyvazov - Daxili işlər naziri
  3. Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
  4. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
  5. Ramil Usubov - Prezident yanında Təhlükəsizlik Şurasının katibi
  6. Kərim Vəliyev – Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
  7. Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordu komandanı
  8. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
  9. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
  10. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
  11. Mədət Quliyev - Müdafiə sənayesi naziri
  12. Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi
  13. Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
  14. Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
  15. Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycanda müxtəlif illərdə vəzifədən kənarlaşdırılan general-polkovniklər isə bunlardır:

  • Səfər Əbiyev - Eks-müdafiə naziri
  • Nəcməddin Sadıqov – Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi
  • Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri
  • Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi
  • Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
  • Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
  • Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri
  • Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
  • Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
BAKU.WS