SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi Qaregin Mxitaryanı tutduğu vəzifədən azad edib.

BAKU.WS erməni KİV-lərinə istinadən xəbər verir ki, onun əvəzinə Stepan Melkonyan təyin edilib. Qaregin Mxitaryanın nə üçün işdən çıxarıldığı açıqlanmayıb. 

Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistanın güc sturuklurunda bir neçə şəxs tutduğu vəzifədən azad edilib.
 
BAKU.WS