SİZİN REKLAM BURADA!
055 213 76 73


"Müharibənin bitməsi o demək deyil ki, bütün hərbçilər buraxılmalıdır. Hərbi hissə və birləşmələr öz döyüş qabiliyyətini artırır və hazırlıqlarla məşğuldur. Hərbi vəzifəlilər, xüsusən də zabit heyəti mütəmadi olaraq təlim-məşq toplantılarına yığılmalıdır".

BAKU.WS xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov "ARB24"ün keçirilən hərbi təlimlərə vətəndaşların cəlb edilməsi ilə bağlı sualını cavablandırarkən bildirib.

"Müharibədən sonra təhlillər aparılır və lazım olan qərarlar verilir. Bu qərarların arasında hərbi vəzifəlilərin peşəkarlıqlarının lazım olan səviyyədə saxlanılması da var", - deyə sabiq briqada komandiri əlavə edib.

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

BAKU.WS
VİDEO