SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Mayın 27-də "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edildi.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olundu.
 
BAKU.WS