SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan hesab edir ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları Cənubi Qafqazda münasibətlərin normalaşmasına təkan verəcək.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərini tam şəkildə yerinə yetirir.

“Çox təəssüflər olsun ki, biz əksər hallarda Ermənistan tərəfindən konstruktiv yanaşmalar görmürük. Bu cür addımlar üçtərəfli bəyanatın şərtlərini yerinə yetirilməsinə mane olur”, - deyə C.Bayramov əlavə edib.

BAKU.WS