SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision – 2016” mahnı müsabiqəsinin qalibi Camalanın ermənilərlə bağlı verdiyi son müsahibə müzakirələrə səbəb olub.

BAKU.WS "Qafqazinfo”-ya istinadən məlumat verir ki, müğənninin yerli mətbuatda qələbəsini ermənilərə həsr etməsi barədə xəbərlər yayılmışdı.

Məlum olub ki, Camalanın Ukraynanın UNİAN agentliyinə verdiyi müsahibə təhrif olunub.

Müsahibənin saytda yayımlanan versiyasında sözügedən ifadələr yer almayıb.

Azərbaycan mediasında tirajlanan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan fikirlər belədir:

"Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Babamın tarixi vətəni Dağlıq Qarabağdır. Əfsuslar olsun ki, hələ orada olmamışam. Ermənistanda iki gün oldum, oranı çox bəyəndim. Məni Eurovision-da dəstəkləyən ermənilərə də dərin minnətdarlığımı bildirirəm”.

Müsahibə ilə geniş şəkildə bu linkə daxil olaraq tanış ola bilərsiz:
 
http://www.unian.net/society/1345956-djamala-o-svoey-pobede-evropa-ponyala-i-pochuvstvovala-chto-eto-iskrenne-i-ukraina-na-100-zaslujila-eto.html#ad-image-3
 
BAKU.WS