SİZİN REKLAM BURADA!
055 213 76 73


“Türkiyənin bölgədə sabitliyi təmin etməsi çox önəmlidir”.

BAKU.WS xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında “3+3” platformasının gələcəyi ilə bağlı sualı cavablandırarkən bildirib. Gürcü nazirin sözlərinə görə, “3+3” platformasında təmsil olunacaq dövlətlər digər dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalıdır.

“Lakin bunu da qeyd etməliyəm ki, Gürcüstan bu cür platformalardan ayrı qalmamalıdır”, - deyə Gürcüstan XİN rəhbəri vurğulayıb.

Mövzuya münasibət bildirən M.Çavuşoğlu əlavə edib ki, “3+3” platformasının qurulmasında məqsəd bölgədə sülh və əmin-amanlığı daimi etməkdir.

“Gürcüstanın bu mövzu ilə bağlı təmkinli davranışını anlayırıq. Lakin belə çətin şərtlərdə, xüsusilə Cənubi Osetiya və Abxaziya problemi ilə əlaqədar ikili formatda real dialoqun başladılması çətin ola bilər. Amma çoxformatlı dialoqu başlatmaq faydalı ola bilər. Nəticə olaraq Gürcüstanın münasibətinə hörmətlə yanaşmalıyıq. “3+3”, digər platforma və mexanizmlər üçün çevik reaksiya sərgiləməliyik”, - deyə türkiyəli nazir əlavə edib.

BAKU.WS