VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Ermənistanın nüvə materialından "çirkli bombaların" yaradılması üçün istifadə oluna bilər". ANS PRESS-in məlumatına görə, bu barədə Beqin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murison ABŞ-da nəşr olunan "Washington Times" jurnalında yazır.

Murisonun fikrincə, bu yaxınlarda ABŞ-ın paytaxtında keçirilən "Nüvə təhlükəsizliyi üzrə dördüncü Sammit"də "qaydaları pozan" ölkələrə sanksiyaların tətbiqi barədə mövzular müzakirə oluna bilərdi. Amma Barak Obamanın səyləri nəticəsində sammit sülhsevər liderlərlə səmimi söhbətlərlə baş tutub.
Bundan başqa, alim hesab edir ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev çox səmimi qarşılanıb və iki ölkə arasında strateji əməkdaşlıq və həmrəylik müzakirə olunub.

Murison yazır ki, Cənubi Qafqazla bağlı böyük həyəcan keçirən Gürcüstan hakimiyyəti bir neçə Ermənistan vətəndaşının saxlanılması barədə məlumat yayıb, şikayətini dilə gətirib. Məlumata görə, bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur.

""Çirkli bombalar" terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir. Ermənistanın da bu bombaları xüsusən Azərbaycanın işğal etdiyi ərazilərində hazırlaması barədə məlumatlar var. Hazırda, çox güman ki, həmin ərazilərdə Ermənistan qaçaqmalçılıqla məşğul olur - buraya nüvə materiallarından tutmuş, təhlükəli silah və narkotik maddələr də aiddir".

Onun sözlərinə görə, Ermənistanın reaktorunun təhlükəsizliyi məsələsi  Vaşinqtonda keçirilən sammitdə də müzakirə olunub. Bu müzakirəyə əsasən, ABŞ prezidenti ilə regionun iki ən görkəmli lideri - Azərbaycan və Türkiyə prezidentləri - İlham Əliyev, Rəcəb Tayyip Ərdoğanla danışılıb.

Ermənistan prezidenti Serj Sarkisyan isə bütün ittihamları rədd edib. Ermənistandakı reaktor ancaq təhlükəsizliyə hədə deyil, həm də "çirkli bomba" üçün potensial radioaktiv material mənbəyi ola bilər". 

Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti martın 31-də başlayıb və aprelin 1-də başa çatıb.  Sammitin ilk plenar iclası "Nüvə təhlükəsizliyinin gücləndirilməsi üzrə milli tədbirlər" mövzusuna həsr olunub. 

Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində 50-dən çox ölkənin lideri iştirak edir. Onlardan biri də Azərbaycan prezidenti İlham Əliyev olub. 

Azərbaycan prezidenti bir sıra mühüm görüşlər keçirib. Prezident Vaşinqtonda ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden ilə görüşüb.

Dövlət başçısı bütün görüşlərində Daqğlıq Qarabağ məsələsini qaldırıb. Dövlət katibi Con Kerri və vitse-prezident Co Bayden bəyan edib ki, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
 
BAKU.WS