SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda kirayə mənzildə yaşayan prokurorluq işçilərinə onun hər bir ailə üzvünə görə müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödəniləcək.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabinetinin “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”da müvafiq dəyişiklik edilib.

Dəşikikliyə görə, bunun üçün prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsi, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələri və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti təqdim edilməlidir. Eyni zamanda prokurorluq işçisi ailə tərkibində dəyişiklik baş verdikdə bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədlər gətirməlidir.

Qeyd edək ki, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:

Bakı şəhərində - 150 manat

Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat

başqa şəhər və rayon mərkəzlərində - 75 manat

digər yaşayış məntəqələrində - 55 manat.

BAKU.WS