SİZİN REKLAM BURADA!
055 213 76 73


“Son 30 ilin təcrübəsi göstərdi ki, hər iki tərəf, görünür, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinə nail ola bilməz”.

BAKU.WS xəbər verir ki, bu sözləri “Report”a Yaxın Şərq üzrə nüfuzlu alman ekspert, islamşünas professor Udo Ştaynbax Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibənin nəticələrini şərh edərkən söyləyib.

“Digər tərəfdən, beynəlxalq ictimaiyyət öz gündəminin olduğunu göstərdi. Avropa İttifaqı vasitəçi kimi çıxış etməyə ehtiyac duymadı; görünür, münaqişəni öz maraqları baxımından marjinal hesab edirlər. ABŞ gücü Gürcüstana verib, ölkədə anti-Rusiya mövqeyi formalaşdırmağa çalışır. Rusiya Cənubi Qafqazda həlledici oyunçu olaraq geri dönməsinə görə məmnun ola bilər. Bununla belə, Ermənistan baş naziri Paşinyanın demokratik gündəmi Moskvanı narahat edir”, - U.Ştaynbax deyib.

O qeyd edib ki, məcburi köçkünlərin 30 il əvvəl tərk etdikləri doğma torpaqlarına qayıtması və azad edilmiş ərazilərdə dağıdılmış infrastrukturun bərpası kifayət qədər vəsait tələb edən işdir və bunun üçün böyük yatırımlar və investisiyalar tələb olunacaq.

BAKU.WS