SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub.

BAKU.WS xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələrin gələcək inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.

Fuad Oktay Azərbaycan hökumətinin nümayəndələrini fevral ayında Türkiyəyə səfərə dəvət edib.

Qeyd edilib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Görüşün sonunda Baş nazir Əli Əsədov Fuad Oktayı doğum günü münasibətilə təbrik edib.

BAKU.WS