SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyması və Şuşa şəhərinə səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Anadolu və İHA agentliklərinin, TGRT, TRT Haber telekanallarının, həmçinin “Sabah”, “Milliyyət”, “Takvim”, “Star”, “Yeni şafak” və digər nüfuzlu media qurumlarının saytlarında səfər barədə videomateriallar, fotolar və müxtəlif xəbərlər təqdim olunmaqdadır.

Prezident İlham Əliyevin çıxışlarından mühüm məqamlar, həssas mövzularla bağlı ünvanlandığı mühüm mesajlar, hərbçilərimizlə səmimi görüşü və şəkil çəkdirməsi ayrı-ayrı sərlövhələrlə türkdilli ictimaiyyətə çatdırılır.

BAKU.WS
QALEREYA