SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci-vitse prezident Mehriban Əliyeva “Instagram” hesabında Şuşaya səfəri ilə bağlı video paylaşıb.

BAKU.WS xəbər verir ki, videoda dövlət başçısı avtomobili idarə edərək Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında danışıb:

“Qələbə yolu ilə gedirik və bir daha görürük ki, bu ərazidən, bu meşələrdən keçmək, doğurdan da, qəhrəmanlıq idi. Sol tərəfdə bizim gözəl dağlarımız, meşələrimiz görünür. Baxın, necə də gözəl mənzərədir. Hərbçilərimiz bu yolu piyada gediblər, piyada qalxıblar. Bütün bu ərazi dərə-təpədir.

İstifadəyə veriləndən sonra bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Azərbaycan Ordusu əsl qəhrəmanlıq göstərib. Bu yerlərdən keçərək Şuşaya yaxınlaşıb Şuşanı işğalçılardan azad edib. Bu yolu açmaq üçün bu dağları ağır texnika ilə yarmışıq. Qabaqda yaşayış məntəqəsi görünür”.

BAKU.WS