SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ dövlət katibi Con Kerri BMT-nin baş qərargahında qlobal iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını nəvəsi qucağında imzalayıb.
 
BAKU.WS məlumat verir ki, sənədi imzaladıqdan sonra o nəvəsini öpüb. Daha sonra BMT baş katibi Pan Gi Munla birlikdə xatirə fotosu çəkdirib.
 
Sənədi BMT-yə üzv olan 175 ölkə imzalayıb. Sənədi imzalayanlar arasında Azərbaycan da var. Razılaşma 55 ölkənin ratifikasiya etməsindən 30 gün sonra qüvvəyə minəcək.
 
BAKU.WS