SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistanda yaşayan üç qadın Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğluna məktubla müraciət edərək onlara Azərbaycan vasitəsilə üçüncü ölkəyə keçməkdə kömək etməyi xahiş ediblər.
 
BAKU.WS xəbər verir ki, bu barədə virtualaz.org-a Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, müraciət edənlərdən biri Azərbaycandan qaçqın düşmüş ermənidir.
 
"O yazıb ki, ona və ailəsinə Yerevan erməniləri lağ edərək "beşinci kolon” hesab dirlər. Bu Bakı ermənisi olan qadının və onun qohumlarının hələ də pasportu yoxdur və bunsuz işə düzəlmək mümkün deyil. Hər üç müraciət etmiş qadın Ermənistandakı vəziyyətindən çox narazıdır. Əlacsızlıqdan onlar bizdən Ermənistanın "Milli qurtuluş hərəkatı”nın rəhbəri Vaan Martirosyan və ailəsi olduğu kimi, Azərbaycana gəlməkdə və üçüncü ölkəyə ötürülməkdə kömək etməyimizi istəyirlər”.
 
Müraciət edənləri Ermənistanda təhlükəli vəziyyətə salmamaq üçün N.Cəfəroğölu onların adlarını çəkməyib.
 
BAKU.WS