SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanı Azərbaycanla birləşdirəcək yolun tikintisinə hazırlıq gedir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Meğri şəhərinin meri Mxtitar Zakaryana istinadla xəbər yayıb.

Bildirilir ki, artıq “Cənubi Qafqaz dəmir yolları” ASC-nin əməkdaşları rusiyalı sərhədçilərlə birlikdə Meğriyə gediblər və ərazini öyrəniblər.

“Dedilər ki, bu perspektivli məsələdir, hazırda konkret heç nə yoxdur, ancaq söhbət dəmir yolundan gedir. Gəldilər, öyrəndilər və getdilər”, - deyə şəhər meri əlavə edib.

Qeyd edək ki, “Cənubi Qafqaz dəmir yolları” ASC “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə şirkətidir.

BAKU.WS