SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlir. 
 
Bu barədə BAKU.WSMədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Forumda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.

Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.

Prezidentin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. 
 
BAKU.WS