SİZİN REKLAM BURADA!
055 213 76 73


 
20 apreldə ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyada ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşəcəklər. 

Musavat.com-un məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Tvitter səhifəsində yazıb. 

Diplomat qeyd edib ki, Berlindəki müzakirələrdə almaniyalı sədrlə Qarabağ cəbhəsindəki son hərbi toqquşmalar, münaqişə zonasındakı hazırki vəziyyəti və həll yollarını müzakirə edəcəklər.

Qeyd edək ki, yanvar ayından etibarən ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerdir. Son məlumatlara görə, Qarabağ məsələsinin tənzimlənməsi ilə əlaqədar  Almaniyanın da 7 bəndlik həll planı var. Çox güman ki, həmsədrlər Rusiyanın masaya çıxarmağa hazırlaşdığı Kazan təklifləri ilə həmin sənədin də müqayisəli təhlilini aparacaqlar.

Bu həftə Rusiya XİN başçısı Sergey Lavrov da Moskvanın təkliflərini müzakirə üçün İrəvana gedəcək. 
 
BAKU.WS