SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın siyasi və hərbi hakimiyyəti cəbhədə öldürülən hərbiçilərinə və mülki şəxslərinə sahib çıxmır.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Ermənistan ordusu işğal olunan ərazilərdən geri çəkilən zaman iki yaşlı mülki vətəndaşını, 1935-ci il təvəllüdlü Babayan Vegenya Pavlovna və təxminən 84 yaşında olan Malkumyan Mişa Merlandoviçi və 30 nəfər erməni hərbiçisinin meyitinin verilməsi ilə bağlı Azərbaycan Respublikası tərəfindən birtərəfli qaydada Beynalxalq Qızıl Xaç Komitəsinə təklif verilsə də, Ermənistan hakimiyyəti bu günədək bu təklifə cavab verməyib.

Rəsmi Bakı Azərbaycan tərəfinin humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini növbəti dəfə vurğulayır. Ermənistanın isə beynəlxalq humanitar hüquq normalarına hörmət etmədiyini və eyni zamanda, öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini bir daha sərgilədiyini təsdiq edir.

BAKU.WS
QALEREYA