SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Respublikasının keçmiş baş naziri Vazgen Manukyan baş nazir Nikol Paşinyan hakimiyyətini istefaya səsləyən müraciətlə çıxış edib. Onun fikrincə, Ermənistanı düşdüyü vəziyyətdən Paşinyanın istefası xilas edə bilər.

Sabiq baş nazir düşünür ki, ermənilərin gələcək taleyi təhlükə altındadır. Buna səbəb isə Nikol Paşinyanın ölkəyə rəhbərlik etməsidir. Vazgen Manukyan təklif irəli sürüb ki, Paşinyan Ermənistana həqiqətən yardım etmək istəyirsə, onda hakimiyyəti orduya qeyd-şərtsiz təslim etməlidir.

Ermənistanın sabiq rəhbərlərindən hakimiyyət əleyhinə bir neçə dəfə istefa təklifləri səsləndirilib. Hətta Paşinyanın ordu tərəfindən devrilərək hakimiyyətin yenidən qurulması da irəli sürülüb.

Qeyd edək ki, Ermənistanın Dağlıq Qarabağda aşkar məğlubiyyəti onu göstərir ki, Azərbaycan ordusu qısa zaman kəsiyində işğal altındakı torpaqların hamısını geri qaytaracaq. Hazırda 5 rayon ərazisində irəliləyən Azərbaycan ordusu bir ay ərzində düşmənin 3 milyarddan çox hərbi texnika və silah-sursatını yox edib. Bundan əlavə Dağlıq Qarabağdakı ermənilərin etiraf etdiyi kimi, Ermənistan ordusu minlərlə hərbçisini itirib.

Ermənilərin Dağlıq Qarabağda məhv edilməsinin qarşısını almaq və müharibəni dayandırmaq üçün Nikol Paşinyanın devrilməsi də istisna deyil. Rusiya əleyhinə siyasət yürütməsi ilə tanınan və amerikalı milyarder Corc Sorosun əlaltısı imicini yaradan Nikol Paşinyanın Qarabağdakı məğlubiyyət fonunda devrilməsi heç də əlçatmaz deyil.

Maraqlıdır ki, Ermənistanda dövlət çevrilişinə cəhd olduğu təqdirdə Paşinyan hansı ölkəyə qaçacaq? O, Qarabağda müharibənin getdiyi vaxtda ən çox Rusiya və Fransa prezidentlərinə zəng edərək imdad diləyib və kömək etməsi üçün yalvarıb. İndiki halda Rusiyanın ona sığınacaq verməsi real görünməsə də, baş naziri dəstəkləyən Fransanın ona qucaq açacağı realdır.

BAKU.WS