VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini qeyd edib.

BAKU.WS