SİZİN REKLAM BURADA!
055 213 76 73


Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında torpaqlarımızın işğaldan azad edilməsində xüsusi şücaət göstərən hərbçilərimizlə bağlı paylaşım edilib.

BAKU.WS xəbər verir ki, nazirliyin rəsmi səhifəsində edilən paylaşımlardan biri də əsgər Hünər Məmmədov və onun silahdaşları ilə bağlıdır.

Paylaşımda bildirilib:

“Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!”

BAKU.WS