SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.

Mərhumun oğlu Orxan İbrahimbəyov BAKU WS-ə açıqlamasında bildirib: "Atamın itkisi ailəmiz üçün çox ağırdır. Bu, bizim üçün gözlənilməz oldu. Amma sevindirici haldır ki, atamın nəşi Azərbaycana gətirilib və öz vətənində dəfn olunacaq. O, çox gözəl insan, gözəl ata və qeyri-adi incəsənət adamı idi. Son anında öz dostlarını xatırladı və dedi ki, əgər geri qayıtmasam, onları əvəzimdən qucaqla və sevgimi çatdır".

BAKU.WS