VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

BAKU.WS Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu layihə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO), Oslo Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

Məktəbin açılış mərasimində Norveçdəki Azərbaycan icmasının üzvləri, müəllim-şagird heyəti və valideynlər iştirak ediblər. Tədbirdə Ramil Əliyev, Azərbaycan dili kursunun müəllimi Arzu Rzayeva, valideyn Xəlil Alvani çıxış ediblər. Natiqlər Azərbaycan icmasının həyatında böyük əhəmiyyət kəsb edən bu hadisə münasibətilə şagirdləri və valideynləri təbrik ediblər, xaricdə yaşayan hər bir soydaşımızın, xüsusilə də övladlarımızın ana dilimizi öyrənməsinin vacibliyini vurğulayıblar. Tədbirdə şagirdlərə Azərbaycan dili kursunun proqramı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, ilkin mərhələdə məktəbdə 12 şagirdin təhsil aması nəzərdə tutulur.

BAKU.WS