VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqazda ilk olan tapıntı hazırda tədqiq olunan Lələtəpə neolit qədim yaşayış məskənində tapılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə Lələtəpə kurqanı Füzuli rayonun Horadiz kəndinin ərazisində yerləşir. Təpənin ümumi ərazisi 1 hektar, hündürlüyü isə 6 metrdir. Ötən il kəşfiyyat xarakterli aparılan qazıntılardan sonra yüksəkliyin qədim yaşayış məskəni olduğuna qərar verilib. Hazırda qazıntı işləri cənub-şimal istiqamətində 95 kvadrat metr ərazidə aparılır. təxminə 2,5 metr neolit dövrünə aid mədəni təbəqə qazılaraq öyrənilib. Burda dairəvi tikililər, böyük platforma tipli tikili, və Qafqaz neoliti dövrünə aid olan ən qədim və ilk məzarlıq aşkarlanıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Eneolit dövrü şöbəsinin əməkdaşı Əjdər Babazadə APA-ya açıqlamasında bildirib ki, arxeoloqlar Qafqazda və Qarabağda çox nadir görünən fenomenlə qarşılaşıb: “Artıq insanlar evin kənarlarını məzarlıq kimi istifadə etməyə başlayıblar. Burda hər təbəqədə yaşayış dövrü qalxdıqca, uçan evləri bərpa etdikcə məzarlıq da salıblar. Məzarın içi qazılıb, oxra ilə suvanıb. Ondan sonra ölmüş insanlar oxraya bürünüb dəfn edilib. Bir də diqqət çəkən məqam odur ki, uşaqlar muncuqlarla dəfn olunub, yaşlı insanların qəbrində isə hər hansı bir bəzək əşyasına rast gəlinməyib”.

Arxeoloqların sözlərinə görə, yeni tədqiq olunan abidədə  10-dək uşaq və böyük skeleti aşkarlanıb.

İnstitutun aparıcı elmi işçisi Qarabağ Neolit eneolit ekspertizasının rəisi Xəqani Alməməmədov isə deyib ki, Lələtəpə neoliti arazboyu, yəni Naxçıvanda olan neolit abidələrin və Qarabağ neolitinin öz xüsusiyyətlərini daşıyır: “Bizim hesablamamıza görə Qarabağ neolitinin marşrutlaşması tərkibindədir. Bu abidə Qarabağ ərazisində olan ən qədim neolit abidəsidir. Aşkarlanan tapıntıları Türkiyənin Antropologiya dövrünün araşdırmacısı Yılmaz Səlim Erdalla bir yerdə tədqiq edəcəyik. Araşdırma nəticəsində   Anadolu-Qafqaz və ya Anadolu-Qarabağ qohumluq əlaqələri öyrəniləcək. Bu da qədim dövrdə sivilizasiyasının öyrənilməsi üçün maraqlı olacaq. Ən əsası da bu günədək o dönəmə aid olan şübhələr aradan qalxacaq”.

Tapıntılar Füzuli tarix diyarşünaslıq muzeyinə təqdim ediləcək.

BAKU.WS
QALEREYA