SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 533-1-ci maddə əlavə edilib.

BAKU.WS-in məlumatına görə, müvafiq maddəyə əsasən kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərə yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslərə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilməsi nəzərdə tutulub.

Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişikliklər edilib.

Həmin dəyişikliyə əsasən muxtar respublikada dövlət dili normalarının pozulması teleradio yayımlarında baş verdikdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, şöbə və sektor müdirinə, digər kütləvi informasiya vasitələrində aşkar edildikdə Naxçıvan Mətbuat Şurasının sədrinə protokol tərtib etmək səlahiyyəti verilib.

BAKU.WS