VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə foto yayılıb.

BAKU.WS xəbər verir ki, 23 yaşında vəfat edən bəstəkarın qəbrini ot basıb.

Məsələyə Mədəniyyət Nazirliyi reaksiya verib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov APA-ya bildirib ki, Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər onlarda ciddi narahatlıq yaradıb.

O qeyd edib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyətli dövlət qurumları məşğuldur:

“Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A.Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir:

“Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A.Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu.

Sadəcə olaraq bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün qəbrinin üstünü də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur”.

Məlumat üçün bildirək ki, artıq dirijor Mustafa Mehmandarov bir qrup musiqiçi ilə birlikdə dahi bəstəkarın məzarını ziyarət ediblər.

Onlar məzar ətrafında təmizlik işləri aparıblar.

BAKU.WS
VİDEO