SİZİN REKLAM BURADA!
055 213 76 73


"Eurovision-2020” mahnı müsabiqəsi koronavirusa görə təxirə salınıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı "Eurovision-2020”nin rəsmi “Facebook” hesabında məlumat verilib.

Qeyd olunub ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, martın 17-də "Eurovision"un “Twitter” hesabı məlumat vermişdi ki, yarışın təşkilatçıları dünyada daim dəyişən vəziyyəti izləyir və tezliklə daha geniş məlumat yayacaq:

"Anlayırıq ki, hazırda “Eurovision”un taleyi ilə bağlı xəbər tapmaq istəyirsiniz.

Xahiş edirik ki, bizimlə qalın. Ümid edirik ki, tezliklə daha çox məlumat alacaqsınız".

“Eurovision-2020” müsabiqəsi 12-16 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcəkdi. Azərbaycanı müsabiqədə Samirə Əfəndi təmsil edəcəkdi.

BAKU.WS