VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Xalq artisti Brilliant Dadaşova deyib.

O bildirib ki, mərhumun cənazəsi saat 14:00-da evindən götürüləcək:

“Sabah hava şəraitinin əlverişsiz olacağını nəzərə alıb dəfni günorta saatlarına təyin etmişik. Akademik Milli Dram Teatrının fəaliyyəti koronavirusa görə məhdudlaşdırıldığı üçün orada vida mərasimi keçirilməyəcək. Rafael Dadaşovla vidalaşmaq istəyənlər II Fəxri xiyabana toplaşacaqlar”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.

Xatırladaq ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Həmçinin martın 14-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

BAKU.WS