SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci duet layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi Xalq artisti Miri Yusifdən sonra müğənni Yaşar Cəlilovla duet oxuyub.

Musiqisi Pərviz Mahmudova, sözləri Leyli Erola və aranjimanı Tərlan Məmmədhüseynova məxsus mahnı “Gəlmə yaxınıma” adlanır.
Cütlük mahnını ekranlaşdırmaq üçün yenə Fərhad Əliyə müraciət edib. Çəkilişlər Bakıda baş tutub. Röyanın imici üzərində stilist Elnur Həsənov çalışıb. Klip R. Ayxanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.
Xatırladaq ki, layihənin prodüserləri Vüsal Rzazadə və Vüsalə Kərimovadır.

BAKU.WS
VİDEO