VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin oğlu Ayxan Dadaşov məlumat verib.

Ayxan Dadaşov Xalq artistinin sağlıq durumunun yaxşı olduğunu bildirib. R.Dadaşovun müalicəsi ev şəraitində davam etdiriləcək.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

BAKU.WS